Renat Dadaşov İsveçrə klubuna keçdi
09.07.2022 - 14:43
Renat Dadaşov İsveçrə klubuna keçdi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu İsveçrənin “Qrasshopper” klubuna keçib.

İsveçrə təmsilçisi forvardı İngiltərə “Vulverhempton”undan bu dəfə birdəfəlik transfer edib. Dadaşov Sürix təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə də icarə əsasında “Qrasshopper”də çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0