Renat Dadaşov "Sürix"ə qol vurdu
19.02.2023 - 23:51
Renat Dadaşov "Sürix"ə qol vurdu

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopers" İsveçrə çempionatında növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, komanda XXI turda evdə "Sürix"lə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

"Qrasshopers"in yeganə qolunu da 30-cu dəqiqədə penaltidən Dadaşov vurub. Bu onun cari mövsümdə vurduğu 5-ci qoldur. Start heyətdə meydana çıxan Renat 76-cı dəqiqədə Kosovo əsilli forvard Şkelçim Demhasayla əvəzlənib.

Qeyd edək ki, "Qrasshopers" İsveçrə Superliqasında 24 xalla 7-ci sıradadır.

writer photo
Əlirza Əlirzalı
0