Reqekampfdan Arif Əsədova cavab: "Milliyə gedən futbolçular hazırdırlar"
01.04.2023 - 21:44
Reqekampfdan Arif Əsədova cavab: "Milliyə gedən futbolçular hazırdırlar"

"Bu gün pis oynamadıq. Hazırlıq dönəmində milli komandanın oyunçuları bizimlə deyidilər. Eyni zamanda da 2 mərkəz yarımmüdafiəçimiz bizimlə deyillər. Oyunda yaxşı epizodlarımız oldu. Bitirmə zonasında daha konsentrasiyalı olmalıyıq. Daha çox konsentrasiya olub, daha çox qollar vurmalıyıq. Çünki epizodları qola çevirməyəndən sonra rəqibdən də qollar gələ bilər. Bizi qarşıda çox oyunlar və ağır matçlar gözləyir. Bütün oyunçularımızı bərpa etməliyik və qarşıdakı dönəmdə konsentrasiyalı olmalıyıq. Komandam yaxşı futbol oynayır".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf Azərbaycan Premyer Liqasının XXVIII turunun "Zirə" ilə səfər görüşündən (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

– Eddi İsrafilov mövsüm ərzində 4-cü dəfədir ki, zədələnir. Onu hazırlamaq sizin üçün çətin olmayacaq?
– Mövsümün son oyunlarında, eyni zamanda kubok matçlarında Eddi bizə kömək olacaq. Özü də buna çox inanır. Bu mövsüm bitdikdən sonra, ola bilsin ki, Eddi kiçik əməliyyat keçirsin. Artıq bizim fiziki hazırlıq məşqçimizlə məşqlərə başlayıb. Bərpası yaxşı duruma doğru gedir. Ümid edirəm ki, tezliklə komandaya qayıdacaq.

– Millinin məşqçisi Arif Əsədov bildirib ki, futbolçuların fiziki hazırlığı yaxşı deyil. Bu haqda nə deyə bilərsiniz?
– Oyunçularımızın yaxşı formada olduğunu görürük. Milli komandanın heyətinə baxanda “Neftçi”, “Sabah” və “Qarabağ”dan oyunçular var. Bu məsafədən köməkçi məşqçi ilə heç bir dialoq aparmaq istəmirəm. Düşünmürəm ki, millinin bu dəqiqə problemi odur. Əminliklə deyə bilərəm ki, milliyə gedən oyunçulardan hər biri yaxşı, hazır formadadırlar və hər bir oyunçunun məşqçiləri də onları milliyə hazırlıqlı göndərir. Ona görə bu söhbətdən kənara çəkilirəm və danışmaq istəmirəm.

writer photo
Əlirza Əlirzalı
0