Rəşad Sadıqov: "Üçüncü qol oyunun sonu idi"
12.08.2022 - 20:59
Rəşad Sadıqov: "Üçüncü qol oyunun sonu idi"

“Rəqib layiqli qələbə qazandı".

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının II turunda “Sabah”a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

40 yaşlı mütəxəssis qarşılaşmanın ardından “CBC Sport” telekanalına açıqlamasında komandasının çıxışını dəyərləndirib: “Onsuz da heyətimiz geniş deyil. Oyundan əvvəl də itkilərimiz var idi. Əslində matça pis başlamamışdıq. Amma "Sabah"ın iki qolu onların daha rahat oynamasına kömək oldu. Belə olan halda oyunu dəyişmək çox çətin idi. Bu da bizi məğlubiyyətə sürüklədi".

Çalışdırıcı komandanın yeganə qolunun müəllifi olan Sərtan Taşkının əvəzlənməsinə də aydınlıq gətirib: "Sərtanın oyunu çox pis alınırdı. Çoxsaylı top itkilərinə yol verirdi. Hücumu gücləndirmək üçün Lorisi meydana buraxdıq. Taktiki cəhətdən bu dəyişikliyi eləməli idik. Amma 3-cü qol oyunun sonu idi. Bu nəticədə həm rəqibin güclənməsi, həm də bizim problemlərimiz rol oynadı. Daha istəkli və aktiv oynamalıyıq".

writer photo
Əlirza Əlirzalı
0