Hakim azarkeşlərin hissləri ilə oynadı - VİDEO
25.06.2024 - 11:58
Hakim azarkeşlərin hissləri ilə oynadı  - VİDEO

Amerika çempionatında maraqlı hadisə baş verib. 

Apasport.az xəbər verir ki, “Sent-Luis Siti” və “Atlanta Yunayted” arasında matçda hakim azarkeşləri trollayıb. 

Belə ki, birinci hissənin bitməsinə bir neçə dəqiqə qalmış “Sent-Luis Siti” Nökvi Porissonun qolu ilə önə keçib. Lakin yan xətt hakimi bayrağını qaldırıb və epizodun ofsayd olduğuna qərar verib.

Epizodun təkrarına yenidən baxan baş hakim Filip Dujic yaxa mikrofonu vasitəsi ilə ofsayd qərarının yanlış olduğunu elan edib. Bu zaman azarkeşlər qola sevinməyə başlayıblar. Lakin baş hakim qısa müddət sonra sözlərinə davam edib və qoldan əvvəl qayda pozuntusunun qeydə alındığını bildirib. Beləcə qapıya gedən top qol dəyəri qazanmayıb.

writer photo
Əlirza Əlirzalı
0