Roman Qriqorçuk: "Dembo ilə birgə Belarus çempionu olmuşuq"
29.08.2024 - 00:13
Roman Qriqorçuk: "Dembo ilə birgə Belarus çempionu olmuşuq"

“Dembo Darbo çox yaxşı tanıdığım futbolçudur”.

Apasport.az “Neftçi” PFK-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri klubun baş məşqçisi Roman Qriqorçuk açıqlamasında deyib.

O, Dembo Darbonun transfer olunmasına münasibət bildirib:

“Dembo Darbo “Neftçi” üçün yaxşı transferdir. O, hücum xəttimizi gücləndirə və zənginləşdirə biləcək keyfiyyətlərə malikdir. Çox yaxşı tanıdığım futbolçudur. Biz birlikdə Belarus çempionu olmuşuq. Dembo çoxlu qol vururdu. İnanıram ki, “Neftçi”də də uğurlu çıxışı, qolları ilə yadda qalacaq”.

writer photo
Əlirza Əlirzalı
0