Ronaldoya yeni təklif
25.10.2022 - 11:02
Ronaldoya yeni təklif

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo daha bir təklif alıb.

Apasport.az saytının məlumatına görə, “Çelsi” və “Napoli”dən sonra MLS klubları da 37 yaşlı forvardın xidmətində maraqlıdır.

ABŞ təmsilçiləri ilin sonunadək Portuqaliya millisinin kapitanını heyətə cəlb etmək niyyətindədir. Superulduzun meneceri Xorxe Mendeş artıq onlarla danışığa başlayıb. Agent eyni zamanda “qırmızı şeytanlar”ın rəhbərliyi ilə də təmas qurub. O, oyunçunun müqaviləsinin ləğvini tələb edib.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.

writer photo
Əlirza Əlirzalı
0