Niderlandın Rotterdam şəhərində parataekvondo üzrə Avropa paralimpiya çempionatı ikinci günü idmançılarımız üçün uğurlu olub.
Apasport.az saytı xəbər verir ki, mübarizəyə qoşulan hər iki parataekvondoçumuz medal qazanıb.
İmaməddin Xəlilov (70 kq, K44) Avropa çempionu çempion tituluna yiyələnib. O, bütün rəqiblərinə qalib gələrək, Rotterdamda Azərbaycan himnini səsləndirib.
Amin Şıxalıyev (63 kq, K44) isə yığmaya bürünc mükafat qazandırıb. O, yarımfinalda uduzduğundan 3-cü yeri tutub.
Milli komandanın aktivindəki medallarının sayı 4-ə çatıb. Çempionatın ilk günündə Röyalə Fətəliyeva (52 kq, K44) ikinci, Sabir Zeynalov (58 kq, K44) üçüncü olub.
Qeyd edək ki, yarışın sonuncu günündə Əbülfəz Abuzərli (80 kq, K-44) və Orxan Cəfərov (+80 kq, K-44) qələbə uğrunda yarışacaqlar.
Rotterdamda daha iki medal
15.08.2023 - 23:47
0
0