Rövşən Nəcəf Gürcüstan Futbol Federasiyasının prezidenti ilə görüşüb
20.08.2024 - 13:34
Rövşən Nəcəf Gürcüstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

AFFA prezidenti Rövşən Nəcəflə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili arasında görüş keçirilib.

Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA və GFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.

writer photo
Əlirza Əlirzalı
0