Rövşən Nəcəf: "Premyer Liqanın formatı və klub sayına yenidən baxılacaq"
02.04.2024 - 13:24
Rövşən Nəcəf: "Premyer Liqanın formatı və klub sayına yenidən baxılacaq"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf AFFA-ya yeni rəhbər təyin olunub. 

Apasport.az xəbər verir ki, qurumun yeni prezidenti bu gün keçirilən mətbuat konfransında jurnalistlətin suallarını cavablandırıb. 

- Milli komandanın baş məşqçisi kim olacaq? Yığmanı yerli, yoxsa əcnəbi mütəxəssis çalışdıracaq?
- Keçən il dekabrında xüsusi komissiya yaradılıb. Artıq müəyyən qısa siyahı hazırlanıb, məşqçilərlə danışıqlar aparılıb. Artıq tamamlanmaq üzrədir. Biz rəsmiləşdirilməsi vəzifəsini yerinə yetirəcəyik. Danışıqlar artıq tamamlanır. Sadəcə zaman yeni İK-nin vaxtında düşür. Amma yenə də müzakirə olunacaq. İstənilən qərarın verilməsində, yerli-əcnəbi faktoru yox, millimizdən gözlədiyimiz oyun tərzinin ön plana çıxmasıdır. Yerli və ya əcnəbi də ola bilər. Məşqçi barədə qərar verəndə, bacarıq, baxış və dəyərləri düşünməliyik. Daha çox fokuslanmalıyıq, həmin məşqçinin bizə verəcəyi əlavə dəyər inkişafdır.

- Son 6-7 il ərzində AFFA rəhbərliyi mətbuatdan uzaq idi. Siz də "Neftçi"yə gələndə sizi tez-tez görə bilmirdik. Sizin media ilə əlaqəli nəsə proqramınız, ideyanız var?
- Futbolun inkişafına futbola aidiyyəti olan qurumların və şəxslərin birgə fəaliyyəti nəticəsində nail ola bilərik. Futbol mediası da futbolumuzun ayrılmaz, önəmli hissələrindən biridir. AFFA-nın məqsədlərinə çatmasında sizin də köməyiniz olacaq. Media olmadan mükün deyil. Maliyyəni təyin etmək üçün milli çempionatımızda məhsul formalaşdırmalıyıq. Bu da maliyyə vəsaitinin cəlb edilməsidir. Burada medianın rolu danılmazdır. AFFA media ilə daha sıx işləyəcək, müəyyən dövrdən sonra zaman lazımdır ki, strategiya üzərində işləyək. Media nümayəndələri ilə görüş keçirəcəyik. Həmin görüşü media ilə qapılar arxasında danışarıq. Hansı çətinliklər var, medianın AFFA-dan gözləntiləri nədir, öz aramızda müzakirə edərik. Qapalı qapılar arxasında insanlar fikirlərini daha rahat şəkildə ifadə edə bilir. Suallarınız da olarsa, AFFA-ya müraciət edə bilərsiz. Vaxtaşırı konfranslar keçirəcəyik.

- Keçmişdə qalan illərdə milli komandalar səviyyəsində heç bir uğur görməmişik. Bizim üçün son ümid budur. Azərbaycan millisini heyətində uğurlu olan veteranlarla bağlı planlarınız nədir?
- Əslində, bu sualın cavabın əvvəlki çıxışımda bildirdim. Millidə oynamış bütün üzvlərdən bəhrənələcəyik.

- "Qəbələ" hazırda sonuncu pillədədir. İnfrastruktur çox yaxşıdır orada. Bu komandanı bir il itirə bilərik. Planlara əsasən, Premyer Liqada klubların sayı arta bilər? "Qəbələ" liqada qala bilər?
- İK-də qərarları bütün üzvlərlə birlikdə müzakirə edərək qəbul edəcəyik. Bugünkü iclas qarşıya qoyulan, qısa müddətdə verilən qərarlarla bağlıdır. Müzakirə olunacaq məsələlərdən biri də çempionatın formatı və klub sayına yenidən baxılması olacaq. Hansısa qərar yoxdur. Buna zaman olmayıb. Bu, təhlil tələb edir. İK-nin bütün qərarları təhlilə əsaslanaraq qəbul olunacaq. Hansısa qərarı verəcək, digər ölkələrdəki təcrübəni də nəzərə alacağıq. Nəyə fikir vermək lazımdır, nə işləyir, nə işləmir, bunları təhlil edib qərar verəcəyik. Bəzi hədəflərə qısa müddətdə nail olmaq çətindir. Bəzi məsələlərdə isə qısa müddətdə qərar qəbul oluna bilər. Liqanın formatı ilə bağlı təhlil aparacağıq.

- Bir çox idman növlərində federasiya prezidentləri işləri kiməsə həvalə edib, özləri kənara çəkilir. Siz necə edəcəksiz? Məsuliyyəti üzərinizə götürəcəksiz?
- Mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Böyük etimad göstərilib. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, tanışlarla daim futbol oyanayan insan kimi, futbol mənə çox yaxındır, sevdiyim idman növüdür. Bu etimadı doğrultmaqla şəxsi futbola sevgimin təcəssüm olunması kimi baxıram. Göstərilən etimadı doğrultmaq istəyirəm. Amma həmkarlarla birlikdə olacam. Bu, bir nəfərin işi deyil. Fəal olaraq işlərə cəlb olunacam. Amma İK-dəki, AFFA-dakı həmkarlar, medianın dəstəyi lazım olacaq. Xoş günlər çox olsun, onları qeyd edək. Futboldur da, udursan da, uduzursan da. Uduzanda da səbəbləri araşdırıb, həlli yolunda işlər görəcəyik. Bu etimadı doğrutlmaq üçün əlimdən gələni əsirgəməyəcəm.

- Milli komanda zəif bənd rolunu oynayır. Udanda da təndiq olunur, məsxərəyə qoyulur. Bunu nə ilə əlaqələndirirsiz? Futbol üzərində maraqların toqquşmasıdır?
- Bu sualı cavablandırmaq çətindir. Necə məsxərəyə qoyulub? Bir-iki nəfər? Bu futbol icması deyil. Gərək hamının səsini nəzərə alaq. Bir-iki nəfər söz deyirsə, o demək deyil ki, bütün futbol icmasının rəyidir. Bəli, millimizdir, Azərbaycanı təmsil edir. Uğurlu gündə də, uğursuz günlərdə də komandanın yanında olmalıyıq. Kritik şərhləri verməliyik, öz fikirlərimizi bölüşməliyik. Oyunçuların ailələri, övladları var. Onlara qarşı şəxsi, düzgün olmayan, qeyri-etik sözlərin işlədilməsi düzgün deyil. Amma yenə də söz azadlığıdır, hər insan fikrini ifadə etməkdə azaddır. Millimiz bizim şərəf yerimizdir. Daim onların yanında olmalıyıq. Xarici çempionatlarda görürük ki, azarkeşlər uduzan komandasını da alqışlayır. Bəzən səndən zəiflərə də uduza bilərsən. Həmin gün oyunçuların motivasiyası aşağı ola bilər. Futbolu maraqlı edən bu növ hallardır. Mütəxəssislər öz fikirlərini səsləndirməyə sərbəstdir. Amma oyunçuların insan olduğu, onların da yaxınlarının unutmamaları düzgün olardı.

- AFFA-da bəzi postlar boşdur. "Neftçi"dən kimisə AFFA-da görə bilərik? 
- Bu gün seçilmişəm. İmkan olmayıb müzakirə edək. Qısa müddətdə bunları müzakirə edib, AFFA-nın təşkilatı strukturunda da dəyişiklik edilməsi mümkündür. Hansısa departament, şöbələrin birləşməsi, ayrılması mümkündür. Ola bilər ki, növbəti iki ilə ehtiyac olmasın. Strukturu görüb, daha sonra müzakirə etmək lazımdır. Bu gündən "Neftçi"nin MŞ-nın iştirakıma xitam verirəm. Kiminsə bura gəlməsi AFFA-dakı tələblərdən, "Neftçi"dəki qərarlardan asılı olacaq. Azərbaycan futbolunun inkişafı naminə, tək "Neftçi" yox, digər klublarla da müzakirələr apara bilərik. "Sabah"ın Masazırdakı stadionuna çox azarkeş gəlir. O təcrübənin onlardan öyrənilməsi çox yaxşı olardı. Klub atributunun satılmasında "Qarabağ" çox irəlidədir. Həmin klublarda çalışan mütəxəssislərin dəyərli fikirlərindən yararlanmaq çox dəyərli olacaq.

- "Xəzər Lənkəran" cəbhəsində son vaxtlar sıçrayış var. Onların Premyer Liqaya qayıtması AFFA-nın gündəmindədir?
- Hələ ki, bu, müzakirə mövzusu deyil. Liqada olub-olmamalarına AFFA qərar vermir. Ədalətli rəqabət nəticəsində oyun meydançasında müəyyənləşir.İK-nın səlahiyyətləri müəyyənləşib. Hansı komandanın harada olması mandata daxil deyil.

- Baş məşqçinin təyinatı üçün son gün təyin edilib?
- Artıq baş verməli idi. Müəyyən hüquqi məsələlərin müzakirəsinə görə uzanıb. Məşqçilərlə danışıqlar aparılıb. Məşqçilərin adını niyə səsləndirə bilmirəm? Çünki onlarla razılaşmaya əsasən, məxfi saxlanılır. Həmin məşqçilərin xahişinə görədir. Dekabrda bu proses başlanılıb. Əldə edilmiş razlıqlara hörmətlə yanaşırıq. Artıq açıqlanmalı idi. Hüququ məsələləri qısa müddətdə yekunlaşdırmağa çalışacağıq. Milli qarşıdakı oyunlara hazırlıq görməlidir. Baş məşqçinin hazırlıq üçün vaxtı olmalıdır.

- İK-də futbol adamlarının sayı cəmi 2 nəfərdir. Futbol adamlarının az olması nə ilə bağlıdır?
- Futbola bağlı olan insanların sayı cəmi 2 deyil, icazə verin, razılaşmayım. Sabiq futbolçuların sayı ikidir. Amma futbol aləmində olan, futbola müxtəlif dövrlərdə bağlılığı olan, inkişafına töhfə verən insanlar cəlb edilib. Maliyyə, infrastrukturdan, uşaq futbolunun, teleyayımın inkişafından, sponsorların cəlb edilməsindən danışırıq. Bütü bunlar müxtəlif sahələrdə müxtəlif bacarıq tələb edir. İK-nin üzvləri də futbola sevgisi olan insanlardır.

- Bu gün "Neftçi" - "Qarabağ" matçında keçmiş komandanıza azarkeşlik edəcəksiz?
- Səlahiyyətlərim bu gündən başlayır? Artıq bu gündən başladı. Zarafat edirəm. Bundan sonra Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq. Milli komandamızı, eyni zamanda klubların hamısının azarkeşi olacağıq. Onların inkişafı üçün əlindən gələni əsirgməyən İK-nin üzvlərindən biri olacam. Avropa yarışlarında ümid edirəm ki, komandalarımız daha irəli gəlir. Həmin oyunlarda daha rahat azarkeşlik etmək olar. Klublarımız avrokuboklarda çıxış edəndə hamımız dəstək veririk. "Qarabağ"ın uğurları göstərdi ki, avrokuboklarda yalnız azarkeşlərin hamısı onları dsətəkləyir.

writer photo
Əlirza Əlirzalı
0