Rusiya Avropanı tərk etdi
28.02.2023 - 17:12
Rusiya Avropanı tərk etdi

Rusiya Şahmat Federasiyası (RŞF) Avropa qitəsini tərk edib.

Apasport.az saytının məlumatına görə, qurum Asiya Şahmat Konfederasiyasına üzv qəbul olunub.

Bu barədə qərar qitə qurumunun Baş Assambleyasında verilib. Hüquqi cəhətdən Rusiya mayın 1-dən Asiyaya qoşulacaq. Bu üzdən şimal qonşularımız qarşıdakı Avropa çempionatında iştirak edəcək.

Bu yarış Serbiyada təşkil olunacaq. Qitə çempionatı martın 3-də start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0