“Neftçi”dən Buqrinə təklif
05.07.2023 - 11:20
“Neftçi”dən Buqrinə təklif

“Neftçi”nin transfer siyahısında yer alan daha bir futbolçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı klubu sabiq futbolçusu Sabir Buqrinin xidmətində maraqlıdır.

Paytaxt təmsilçisi 26 yaşlı yarımmüdafiəçini geri qaytarmaq üçün yeni müqavilə təklif edib. Hazırda Tunisdə “Esperanse Tunis” forması geyinən vinger bakılılara cavab verməyib. 

Tunis çempionatı davam etdiyindən Buqrin təklifi cavablandırmaqda tələsmir. “Ağ-qaralar” isə onun tezliklə heyətə qoşulmasını istəyir.

Qeyd edək ki, yarımmüdafiəçi 2020-21-ci illərdə çıxış etdiyi “Neftçi”nin heyətində 37 oyunda 4 qol vurub. Sabirin klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da bitəcək.

writer photo
Əlirza Əlirzalı
0