“Sabah” onu da saxladı
05.06.2022 - 12:08
“Sabah” onu da saxladı

“Sabah” daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb. 

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Bəxtiyar Həsənalızadə ilə danışıqları müsbət yekunlaşdırıb. 

29 yaşlı müdafiəçi ilə daha 1 illik müqavilə imzalanılıb.

Azərbaycan millisinin üzvü olan futbolçu 2020-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0