“Sabah” “Şaxtyor”un müdafiəçisinə elçi düşdü
18.06.2022 - 13:28
“Sabah” “Şaxtyor”un müdafiəçisinə elçi düşdü

Yay transfer dönəminin ən fəal komandası “Sabah” heyətini gücləndirmə prosesini davam etdirir.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiə və hücum xəttini xeyli gücləndirən paytaxt təmsilçisi indi də diqqətini müdafiəyə ayırıb.

Baş məşqçi Murad Musayevin maraq dairəsində olan futbolçulardan biri Belarus millisinin üzvü Ruslan Xadarkeviçdir. Rusiyalı mütəxəssis Soliqorsk “Şaxtyor”unun mərkəz müdafiəçisini sərəncamında görmək niyyətindədir. Bakılılar 29 yaşlı oyunçunun transferi üçün onun meneceri ilə danışıq aparır. Xadarkeviçin “Şaxtyor”la müqaviləsi ilin sonuna qədərdir.

Qeyd edək ki, “Sabah” yay fasiləsində hələlik Tellur Mütəllimov, Anatoli Nuriyev, Davit Volkov və Namik Ələskərovu transfer edib.

writer photo
Əlirza Əlirzalı
0