"Sabah" Sloveniyada daha bir yoxlama oyunu keçirib
13.07.2024 - 22:31
"Sabah" Sloveniyada daha bir yoxlama oyunu keçirib

Sloveniyada təlim-məşq toplanışı keçən "Sabah" növbəti yoxlama oyununa çıxıb.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi "Krivabas"la (Ukrayna) qarşılaşıb.

Məhsuldar keçən görüşdə qapılara 4 qol vurublar. Tərəflər hərəyə iki dəfə fərqləniblər. Krunoslav Renduliçin komandasının heyətində Con Mikels fərqlənib, digəri qolu isə rəqib oyunçu öz qapısından keçirib.

Qeyd edək ki, "Koper"ə (Sloveniya) 1:0 hesabı ilə qalib gələn "Sabah" "Çukariçki" (Serbiya) ilə heç-heçə oynayıb - 0:0.

writer photo
Əlirza Əlirzalı
0