"Sabah" son yoxlama görüşünə çıxır
17.07.2024 - 13:22
"Sabah" son yoxlama görüşünə çıxır

Yeni mövsümə Sloveniyada hazırlaşan "Sabah" bu gün növbəti yoxlama matçını keçirəcək.

Apasport.az xəbər verir ki, Masazır təmsilçisi Ukrayna "Rux"u ilə üz-üzə gələcək. 

"Sports park Radomlye"də baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.

Qeyd edək ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi "Sabah" daha əvvəl keçirdiyi yoxlama görüşlərində "Koper"i (Sloveniya) 1:0 hesabı ilə məğlub edib, Serbiya təmsilçisi "Çukariçki" (0:0) və Ukraynanın "Krivbas" (2:2) klublarına qarşı matçlar isə heç-heçə yekunlaşıb.

writer photo
Əlirza Əlirzalı
0