Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının qrup mərhələsində son oyununa çıxıb.
Apasport.az saytı xəbər verir ki, millimiz İsveç komandasına uduzub.
Yığmamız qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin edə bilərdi. 1:3 hesabı ilə məğlub olan voleybolçularımız pley-off yüksəlmək şanslarını çətinə salıblar. İndi komandamızın taleyi son turda keçiriləcək Çexiya – İsveç görüşündən asılıdır. Bu oyunda millimizlə eyni xala malik çexlərin 0:3 hesablı uduzmasına ümid etməliyik ki, nəticə pley-ff qapısını üzümüzə açacaq.
Əgər görüş Çexiya voleybolçularının 1:3 hesablı məğlubiyyəti ilə bitərsə, bu zaman setlərin sayında bərabərlik yaranacaq. Nəticədə pley-offa yüksələcək komanda xalların fərqinə görə müəyyənləşəcək. Bu zaman millimiz yalnız son kriteriya – şəxsi görüşlərə görə üstünlük qazanacaq. Qrupun ilk qarşılaşmasında voleyboçularımız çexiyalı rəqiblərinə 3:0 hesabı ilə qalib gəlmişdirlər.
Qeyd edək ki, çexlərin 2:3 hesablı məğlubiyyəti və ya qələbəsi millimizin pley-off yolunu bağlayacaq.
C qrupu
23 avqust
5-ci tur
İsveç – Azərbaycan – 3:1 (25:17, 17:25, 25:21, 25:18)