“Sabah”dan növbəti xal itkisi, "Səbail"dan ardıcıl dörd qələbə - YENİLƏNİB
24.09.2023 - 21:26
“Sabah”dan növbəti xal itkisi, "Səbail"dan ardıcıl dörd qələbə - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasının VII turunda daha iki oyunla baş tutub.

Apasport.az-ın məlumatına görə, hər iki qaşılaşma paytaxtda keçirilib.

“Sabah” – “Kəpəz” matçında meydan sahiblərinin qələbə həsrəti bitməyib. Murad Musayevin yetirmələri hesabda önə keçsələr də, qonaqlar bir xal qazanmağı bacarıblar. "Sabah"ın qələbəsiz oyunlar seriyası 5-ə yüksəlib. 

“Səbail” debütantla görüşdə ardıcıl dördüncü qələbəsini qazanıb. Oyunun taleyini bir qol həll edib. Pedro Nuno birinci hissənin sonlarında penalti zərbəsini dəqiq yerinə yetirib. Qazanılan üç xal meydan sahiblərinin ikinci pilləyə yüksəldib.

Qeyd edək ki, VII tura sentyabrın 25-də “Qəbələ” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası
VII tur
24 sentyabr
17:00. “Sabah” – “Kəpəz” - 2:2
Qol: 
Con İrasabal, 24. Boyan Letiç, 51 (pen.) - Abdullahi Şuaybu, 8.  Georgi Papunaşvili, 60
Baş hakim: İnqilab Məmmədov
"Sabah”: 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vinsent Til
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov, 70. Cesse Sekidika, 27. Jarl Marqarita
Baş məşqçi: Murad Musayev
“Kəpəz”: 12. Kamran İbrahimov, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fal, 21. Martins Junior
Baş məşqçi: Azər Məmmədov
Bank Respublika Arena

19:30. “Səbail” – “Araz-Naxçıvan” - 1:0
Qol: 
Pedro Nuno, 45+2
Səbail”: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 23. Nuno Rodriqes
Baş məşqçi: Azər Bağırov
Baş hakim: Rəşad Əhmədov
ASCO Arena

N Klublar O Q H M T-F X
1 Zirə 7 5 1 1 7-3 16
2 Səbail 7 4 1 2 12-9 13
3 Turan Tovuz 7 3 2 2 11-8 11
4 Qarabağ 6 3 1 2 9-5 10
5 Araz-Naxçıvan 7 3 1 3 7-8 10
6 Neftçi 7 2 3 2 6-5 9
7 Sumqayıt 6 2 2 2 7-5 8
8 Sabah 6 1 2 3 8-9 5
9 Kəpəz 7 1 2 4 5-11 5
10 Qəbələ 6 1 1 4 4-13 4

Bombardirlər: Aleksandr Ramalinqom ("Səbail") - 4 qol

writer photo
Əlirza Əlirzalı
0