"Neftçi"nin futbolçusu "Turan Tovuz"a doğru
12.01.2024 - 13:00
"Neftçi"nin futbolçusu "Turan Tovuz"a doğru

"Turan Tovuz" "Neftçi"nin futbolçusunu icarəyə götürməyə hazırlaşır.

Klub İsmayıl Zülfüqarlı üçün qarşı tərəfə müraciət edib. 

Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov bu barədə apasport.az saytına məlumat verib. 

O, İsmayılla yanaşı U-21 yığmamızın üzvü Fərid Yusifli üçün də danışıqların davam etdiyini bildirib. 

Amma hələ ki, "Neftçi" tərəfi buna konkret cavab verməyib. Qeyd edək ki, Zülfüqarlı "Kəpəz" və "Qəbələ"nin də transfer siyahısındadır.

writer photo
Əlirza Əlirzalı
0