"Sabah"ın futbolçusu əməliyyat olub
03.08.2024 - 16:08
"Sabah"ın futbolçusu əməliyyat olub

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyununda zədələnən "Sabah"ın yarımmüdafiəçisi Ayaz Quliyev əməliyyat olunub.

Apasport.az xəbər verir ki, çiyin bağlarında qopma olan futbolçunun yerli klinikalardan birində baş tutan əməliyyatı uğurlu keçib.

A.Quliyev təxminən 6 həftə sonra məşqlərə başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0