Krkiçdən vida
23.03.2023 - 16:18
Krkiçdən vida

“Barselona”nın sabiq futbolçusu Boyan Krkiç karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu hücumçunun özü açıqlayıb.

32 yaşlı futbolçu “Nou Kamp”da təşkil olunan tədbirdə futbola vida edib. Onun son klubu Yaponiya təmsilçisi “Vissel Kobe” olub.

Qeyd edək ki, İspaniya millisində 1 oyun keçirən Boyan karyerası ərzində “Roma”, “Milan”, “Ayaks”, “Stok Siti”, “Mayns”, “Alaves” və “Monreal”da da çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0