"Sabah"ın futbolçusuna Azərbaycan pasportu verildi
24.07.2024 - 13:08
"Sabah"ın futbolçusuna Azərbaycan pasportu verildi

“Sabah”ın futbolçusu Ayaz Quliyev 2024/2025 mövsümündən Azərbaycan Premyer Liqasında yerli statusu ilə oynayacaq.

Apasport.az saytına verilən məlumata görə, Masazır klubunun ötən mövsümün startında heyətinə qatdığı yarımmüdafiəçiyə Azərbaycan pasportu verilib.

27 yaşlı futbolçu yeni sezondan “Sabah”da legioner limitini doldurmayacaq və komandada azərbaycanlı kimi çıxış edəcək. Halbuki futbolçu 2023/2024 mövsümündə legioner kimi oynayırdı.

Bu halda, Quliyevin Azərbaycan millisinə dəvət edilməsi də mümkün olacaq. Fernandu Santuşun Quliyevin əvvəlki karyerası ilə maraqlandığı və xidmətində maraqlı olduğu, üstəlik onu milliyə cəlb etmək istədiyi bildirilir.

“Spartak”(Moskva) klubunun yetirməsi olan futbolçu “Anji”, “Rostov”, “Arsenal”(Tula), “Ximki” klublarının formasını geyinib. 

O, həmçinin Rusiyanın aşağı yaş qruplarının sabiq üzvüdür. Quluyevin “Sabah”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

writer photo
Əlirza Əlirzalı
0