"Sabah"ın hücumçusu Abdulla Xaybulayev Premyer Liqa klublarından birinə icarəyə verilə bilər.
Apasport.az saytına verilən məlumata görə, ötən il Gürcüstan Yüksək Liqasında mübarizə aparan "Samtrediya"da icarə əsasında çıxış edən 22 yaşlı futbolçuya "Araz-Naxçıvan" və "Şamaxı" maraq göstərir.
U-21 yığmamızın sabiq forvardının bu klublardan birinə keçib-keçməyəcəyi hələ ki, dəqiq deyil. Məsələ burasındadır ki, "Samtrediya" Xaybulayevi yenidən icarəyə götürmək niyyətindədir.
Yaxın günlərdə onun bu klublardan birinə keçəcəyi, yoxsa "Sabah"da qalacağı dəqiqləşəcək. "Anji"nin yetirməsi olan Abdulla 2025-ci il dekabrın 31-nə qədər Masazır təmsilçisinə məxsusdur.