“Sabah”ın KƏNAR ŞƏXSLƏRİ
03.04.2023 - 13:07
“Sabah”ın KƏNAR ŞƏXSLƏRİ

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XXVIII turunun oyunlarında baş verənlər müzakirə olunub.

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev “Turan Tovuz”la matçda birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb və klubunu 1600 manat ziyana salıb. “Kəpəz” – “Səbail”  oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olduğundan meydan sahibləri 1600 manat cərimələnib.

“Sabah” – “Qəbələ” oyunundan əvvəl meydançaya kənar şəxslərin daxil olduğu üçün Bakı klubu 1600 manat cərimə edilib.

writer photo
Əlirza Əlirzalı
0