Sabiq “Xəzər Lənkəran”lı: “Olimpiakos” artıq xal qazanmalıdır”
30.09.2022 - 09:03
Sabiq “Xəzər Lənkəran”lı: “Olimpiakos” artıq xal qazanmalıdır”

“Olimpiakos” çox güclü komandadır. Ona görə də “Qarabağ”ı məğlub edəcəklərinə inanıram”.

Apasport.az saytının məlumatına görə, bunu vaxtilə Azərbaycanda “Xəzər Lənkəran”ın formasını geyinmiş yunanıstanlı futbolçu Dimitrios Sialmas deyib.

2012/13-cü illərdə ölkəmizdə çıxış etmiş 36 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində baş tutacaq “Olimpiakos” – “Qarabağ” matçını dəyərləndirib. O, Pirey təmsilçisinin bu qarşılaşmadan qalib ayrılacağına inanır: “Olimpiakos”un avrokuboklarda necə çıxış etdiyini bilirəm. Bu komanda nəzərəçarpacaq dərəcədə inkişaf edib. Ona görə də, hesab edirəm ki, onlar çox güclüdürlər. Həm də Avropa Liqasında artıq xal qazanmalıdırlar”.

Qeyd edək ki, oktyabrın 6-da Yunanıstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk 2 turdan sonra “Qarabağ” 3 xalla G qrupunda ikinci pillədədirsə, “Olimpiakos” aktivinə xal yazdıra bilməyib.

writer photo
Əlirza Əlirzalı
0