Vüsal İsgəndərli 3 klubla "Qarabağ"a qol vurmasından danışdı - MÜSAHİBƏ 
23.05.2023 - 17:14
Vüsal İsgəndərli 3 klubla "Qarabağ"a qol vurmasından danışdı - MÜSAHİBƏ 

"Sumqayıt"ın futbolçusu Vüsal İsgəndərlinin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın hesabat turunda "Qarabağ"a qalib gəldiyiniz oyunu necə dəyərləndirərdiz? Yəqin ki, görüşdən əvvəl bir xala da razı olardınız?
- qələbə qazanmağı bacardıq. Çox vacib görüş idi. Səfərdə "Qarabağ" kimi komanda ilə bu cür vəziyyətdə qalib gəlmək əla nəticədir. Ancaq biz hər oyuna olduğu kimi, bu matça da üç xal üçün çıxmışdıq. Rəqibin gücünü də, oyunun ağırlığını da anlayırdıq.

- Səncə, “Qarabağ”a nəyin hesabına qalib gəldiniz? 
- Biz çox istəkliydik. Çox qaçdıq, çox əziyyət çəkdik, Allah da qələbəni bizə nəsib etdi. Yoxsa, bu cür görüşdə qələbə qazanmaq asan məsələ deyil.

- Ola bilər ki, “Qarabağ”ın çempionluğu təmin etməsi, oyuna arxayın çıxması sizin üçün göydəndüşmə oldu? 
- "Qarabağ"ın oyuna arxayın çıxdığını deməzdim. Çünki hər komanda meydana qələbə üçün çıxır. Sadəcə bu matçda qələbə bizə qismət oldu. Belə çətin vəziyyətdə qalib gəlməyi bacardıq. Asan deyildi. Çətin vəziyyətdə qazanılan üç xal çox yerinə düşdü.

- “Qarabağ”la matçdakı üç xal Premyer Liqada qalacağınızı rəsmiləşdi. Yəqin ki, bu qələbə həm “Qarabağ” üzərində olduğu, həm də sizi liqada saxladığı üçün ikiqat sevincli oldu?
- Əlbəttə, "Qarabağ"a qarşı matçda qələbə qazanmaq özü də əlavə motivasiyadır. Ancaq ən əsası bizə görə liqada qalmaq idi. Bizim üçün onun sevinci daha çox oldu.

- Bu matçda qol və assistlə yadda qaldın. "Qarabağ"a qarşı indiyə qədər belə performans göstərə bilmişdin? 
- Qol vurduğum üçün təbii ki, sevinirəm. İstər "Zirə", istərsə də, "Keşlə"də oynayanda "Qarabağ"a qol vurmuşam. "Sumqayıt"da da bunu etmək xoş oldu. Komandama xeyir vermək sevindiricidir. 
 
- Növbəti turda "Zirə" ilə oynayacaqsınız. Bu görüşdə "Sumqayıt"ın qələbə şansını necə dəyərləndirirsən? 
- Hazırlaşacağıq. Mövsümü qələbə ilə bitirmək istəyirik. Bizim üçün çox ağır mövsüm oldu. Çox çətin günlər oldu. Ancaq ili qələbə ilə başa vurmaq çox yaxşı olardı.

- Yeni mövsümə yenə "Sumqayıt"da başlayacaqsan, yoxsa ayrılmaq üçün təkliflərin var?
- Dünənə qədər bu məsələnin üstünə çox düşmürdüm. Çünki hər təklifə göndərənə bir az gözləmələrini bildirmişdim. Buradakı əsas işim komandanın liqada qalmasına kömək etmək idi. Azarkeşlər tərəfindən çox dəstək oldu. Onlara minnətdaram. "Zirə" ilə oyundan sonra plan qurmaq olar. Rəhbərliklə və məşqçilər korpusu ilə danışacam. Sonra qərarımı verəcəm. Əlbəttə ki, yenidən ölkə xaricinə yollanmaq istəyirəm.

writer photo
Əlirza Əlirzalı
0