Ris Ceyms hakimə hörmətsizlikdə ittiham olunur
28.09.2023 - 10:13
Ris Ceyms hakimə hörmətsizlikdə ittiham olunur

İngiltərə Futbol Assosiasiyası "Çelsi"nin futbolçusu Ris Ceymslə bağlı açıqlama yayıb.

Apasport.az saytı xəbər verir ki, 23 yaşlı müdafiəçi hakimlərə qarşı hörmətsizlikdə ittiham olunur.

Söhbət Premyer Liqanın VI turunun “Çelsi” – “Aston Villa” (0:1) matçından sonra baş verənlərdən gedir. Zədəli olduğu üçün oyunu buraxmalı olan “zadəganlar”ın kapitanının görüşün baş hakimi Jared Gillettlə aqressiv danışdığı bildirilir. Risin iddiaya cavab verməsi üçün 29 sentyabra qədər vaxtı var.

Qeyd edək ki, London klubunun akademiyasının məzunu olan Ceyms bu mövsüm sadəcə 1 matçda meydana çıxıb.

writer photo
Əlirza Əlirzalı
0