Bosniyalı ulduz futbolçu Portuqaliya yolunda
11.07.2022 - 00:01
Bosniyalı ulduz futbolçu Portuqaliya yolunda

Bosniya və Herseqovina millisinin yarımmüdafiəçisi Miralem Pyaniç yenidən komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “Barselona”nın futbolçusu bu dəfə Portuqaliyaya köçməyə yaxındır.

“Sportinq” ulduz futbolçunu heyətinə qatmaq niyyətindədir. Portuqaliyalılar 32 yaşlı oyunçunun hüquqların 50 faizi üçün qarşı tərəfə 10 milyon avro təklif edib. İspaniya nəhəngi də onu yola salmaqda maraqlıdır.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Beşiktaş”da keçirən Miralem Pyaniç Türkiyə Super Liqasında 26 oyunda 4 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0