Şahin Diniyev: "Azarkeş təzyiqi ilk dəqiqələrdən bizə təsir etdi"
30.08.2024 - 20:13
Şahin Diniyev: "Azarkeş təzyiqi ilk dəqiqələrdən bizə təsir etdi"

"Səbail" Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, "dəniçzilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik edirəm. "Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır. Birinci hissədə rəqib, ikinci hissədə isə biz yaxşı oynadıq. Futbolçularımla fəxr edirəm. Əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Maraqlı oyun alındı, son dəqiqəyə kimi mübarizə getdi. Bu gün 1 xala layiq idik. Amma artıq gecdir. Oyundan-oyuna daha yaxşı olacağıq.

- Məğlubiyyəti normal hesab edirsiz?

- Azarkeş təzyiqi ilk dəqiqələrdən bizə təsir etdi. Heyətimizin əksəriyyəti gənc oyunçulardır. Bu da onlara tədir edir. Aciz deyilik. Bu gün hansı nəticə olsaydı da, komandadan narazı qalmayacaqdım. Bərabər oyun getdi.

- Sizcə, komanda doğru yoldadır?

- Mən heç vaxt havaya söz buraxmıram. Tam əminliklə deyirəm ki, əlimdə olan ən yaxşı komandalardan biridir. Bəzi futbolçular bizimlə təlim-məşq toplanışı keçməyib. Tam düzgün yoldayıq. İkinci hissədə özünüz də gördünüz ki, komanda necə oynadı. Heç bir komponentdə rəqibə uduzmadıq.

- Gənclərdən razısız?

- Hamısından razıyam. Bir neçə oyunçu komandamıza I Liqadan gəlib. Amma özlərini yaxşı tərəfdən göstərə bilirlər.

- "Turan Tovuz"un heyəti ötən mövsümlə müqayisədə demək olar ki, dəyişməyib. Sizcə nə baş verdi ki, bu komanda 5 oyunda qol buraxmadan lider oldu?

- Çox səbəb var. Bunu onlar yaxşı bilər. Kurban Berdıyev tanınmış məşqçidir. Onunla münasibətim var. Onun oynatdığı futbol daha çox etibarlı müdafiəyə köklənib. Əlində olan mərkəz müdafiəçiləri çox yüksək səviyyədədir. Berdıyevə uğurlar arzulayıram. "Turan Tovuz"da baş məşqçinin işi aşkar görünür.

writer photo
Əlirza Əlirzalı
0