Şahin Diniyev: "Səhvi özümüzdə axtarmalıyıq"
06.05.2024 - 21:53
Şahin Diniyev: "Səhvi özümüzdə axtarmalıyıq"

Misli Premyer Liqasının 33-cü turunun "Səbail" - "Qəbələ" (2:3) matçından sonra baş tutan mətbuat konfransında Bakı klubunun baş məşqçisi Şahin Diniyev oyun haqqında fikirlərini bildirib.

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Deyiləcək bir söz yoxdur. Oyuna hazırlaşmışdıq, amma istədiyimiz kimi alınmadı. Bəlkə də, mövsümün ən zəif oyununu oynadıq. "Qəbələ" daha istəkli idi. Əslində, əskinə olmalıydı, şanslarımız qalmalıydı. Bu gün artıq avrokubok şansı yoxdur. Futbolda hər şey olur, qəbul etmək lazımdır. Yolumuza davam edəcəyik. "Qəbələ"ni təbrik eidrəm. İstədiyimizi ala bilmədik".

- İkinci pillədə qalmaq çətindir demişdiz. İşinizi çətinləşdirən nə oldu?
- Yeni komandayıq, futbolçular ilk dəfə idi bir yerə yığışmışdı. Ənənə, stabillik olmalıdır. Bəzi yerlərdə güclənməyə ehtiyacımız var. Gələcəyə baxış üçün yaxşı komandamız var. Komanda 90 faiz dəyişdi, zədəlilərimiz oldu. Səhvi özümüzdə axtarmalıyıq. Altıncı yerdəyik, liqadan düşmürük. Gördüyümüz odur ki, komandanın yeni olması bu problemləri artırdı.

- Demək olar ki, komanda olaraq psixoloji cəhətdən autsayder ruhundan çıxa bilməmisiz?
- Stabilliyin olmamsı bu yerə gətirib çıxardı. İndiki nəticəni uğurlu hesab edirik. Altılıqda qalsaq, məqsədimizə çatarıq. Avrokubok şansımız var idi. Üzgünük. Ancaq məqsəd altıncı yerdə bitirməkdir. Gələn il isə rahat avrokubok zonasına oynamaqdır. Biz lazımı oyunlarda özümüzü kökləyə bilmədik.

writer photo
Əlirza Əlirzalı
0