Şahruddin gələcəyi ilə bağlı qərarsızdır
30.05.2024 - 16:21
Şahruddin gələcəyi ilə bağlı qərarsızdır

Azərbaycan milli komandasının qolkiperi Şahruddin Məhəmmədəliyevin yeni mövsümə başqa komandada başlamaq ehtimalı var.

Apasport.az saytına verilən məlumata görə, “Adana Demirspor” millimizin qapıçısına böyük ümidlər bəsləsə də, Məhəmmədəliyevə daha iddialı klublardan təkliflər gəlib. 

Belə ki, ona Rusiya, Səudiyyə Ərəbistanı komandalarından maliyyə imkanları daha yüksək olan klublar maraq göstərir. Adana klubundakı maliyyə problemləri isə əksər futbolçuların komandadan ayrılması ilə nəticələnib. 

Azərbaycandan isə “Neftçi” və “Sabah” Şahruddin üçün təklif irəli sürüb.

Həmçinin “Qarabağ”ın Andrey Lunyov və Luka Quqeşaşvili ilə yollarını ayırmasından sonra Şahruddinin geri qayıtmaq variantı da gündəmə gəlib. Məhəmmədəliyevin “Adana Demirspor”da qalacağı, yoxsa ayrılaraq legioner həyatına davam edəcəyi və ya Azərbaycana qayıdacağı milli komandanın təlim-məşq toplanışından sonra dəqiqləşəcək.

writer photo
Əlirza Əlirzalı
0