Şahruddin Məhəmmədəliyev: “Mənə digərlərindən daha asandır”
17.11.2023 - 17:27
Şahruddin Məhəmmədəliyev: “Mənə digərlərindən daha asandır”

“Hələ uyğunlaşıram. Yeni çempionat, fərqli səviyyədir. Buna öyrəşmək lazımdır”.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

“Adana Dəmirspor”un qolkiperi Rusiya mətbuatına açıqlamasında Türkiyə klubuna uyğunlaşmasından danışıb: “Amma mənə digərlərindən daha asandır. Azərbaycan dilini bilirəm, türklər və azərbaycanlılar çox yaxındır. Məni çox yaxşı qarşıladılar. Heç bir problem yoxdur. Burada Artyom Dzyubanı da yaxşı xatırlayırlar. Onun zarafatı sevən yaxşı oğlan olduğunu deyirlər”.

Qeyd edək ki, Məhəmmədəliyev bu ilin avqustunda Adana təmsilçisinə keçib.

writer photo
Əlirza Əlirzalı
0