Şahrudin: "Azərbaycanda özümü tapdım"
31.07.2024 - 19:58
Şahrudin: "Azərbaycanda özümü tapdım"

"Heç vaxt özümü İqor Akinfeyevlə müqayisə etməmişəm".

Apasport.az xəbər verir ki, bunu Şahrudin Məhəmmədəliyev Rusiya mətbuatına müsahibəsində deyib.

"Qarabağ"ın şərəfini qoruyan 30 yaşlı qapıçı Azərbaycan millisini seçməsinə aydınlıq gətirib: "Akinfeyev səviyyəsində ola bilcəyim barəsində düşünməmişəm. Məqsədim var idi və ona məşqdən-məşqə, gündən-günə çatmaq istəyirdim. Hər gün 2-3 dəfə məşq edirdim. Əgər "ölü nöqtəsin"də hərəkət yoxdursa, niyə sadəcə oturub gözləməlisən? Nəyisə dəyişməyə çalışmalısan. Azərbaycana yollanmaq şansı yarandı. Nəticədə orada özümü tapdım".

Qeyd edək ki, Şahruddin 2011-ci ilədək Rusiya yığmalarına cəlb olunsa da, 2014-cü ildən Azərbaycanı seçib. O, əvvəlcə U-21 yığmasında, sonra Azərbaycan millsindən işitirak edib.

writer photo
Əlirza Əlirzalı
0