"Şamaxı" 4 qolla qələbə qazandı
23.07.2024 - 20:29
"Şamaxı" 4 qolla qələbə qazandı

“Şamaxı” yay təlim-məşq toplanışında üçüncü yoxlama oyununu keçirib. 

Apasport.az xəbər verir ki, Ayxan Abbasovun komandası yeni mövsümdən 1-ci liqada çıxış edəcək "Cəbrayıl”la qarşılaşıb və 4:0 hesabı ilə qələbə qazanıb.

"Şamaxı"nın heyətində yeni transfer Conatan Benteke dubl edib. Digər qolları Elşad Tağıyev və Adil Nağıyev vurub.

Qeyd edək ki, "Şamaxı" bundan əvvəlki yoxlama oyunlarında "Kəpəz"ə 2:1, "Pelikan"a isə 5:0 hesabı ilə qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0