“Şamaxı” məşqçilər korpusunu açıqladı
14.07.2022 - 15:19
“Şamaxı” məşqçilər korpusunu açıqladı

“Şamaxı”da əsas komandanın məşqçi və futbolçu heyətinin formalaşdırılması ilə bağlı zəruri hüquqi prosedurların icrası həyata keçirilir.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı vasitəsilə yaydığı bəyanatda bildirilib.

Vüqar Əsgərli əsas komandanın baş məşqçisi, Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri ilə köməkçi məşqçi kimi münasibətlər rəsmiləşdirilib. Eyni zamanda, Rüstəm Əliyevlə bir müddət əvvəl imzalanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Digər təyinat klubun baş meneceri ilə bağlıdır. Bu vəzifəni Kamran İsmayılov icra edəcək.

Qeyd edək ki, “Şamaxı”da baş məşqçilik funksiyasını Cavid Hüseynov yerinə yetirəcək. Sadəcə, gənc mütəxəssis lazımi lisenziyaya sahib olmadığından, onun köməkçisi Vüqar Əsgərli baş məşqçi kimi qeydiyyata alınıb.
 

writer photo
Əlirza Əlirzalı
0