“Şamaxı”da daha bir müqavilə
15.12.2022 - 12:28
“Şamaxı”da daha bir müqavilə

“Şamaxı” daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

Klubdan apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçi Bahadur Həziyev növbəti iki il yarımı da bölgə təmsilçisinin formasını geyinəcək.

“Şamaxı” daha öncə hücumçu Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov və Fuad Bayramovla müqaviləni yeniləyib.
 

writer photo
Əlirza Əlirzalı
0