“Şamaxı”dan “Araz Naxçıvan”a
18.07.2023 - 00:36
“Şamaxı”dan “Araz Naxçıvan”a

Yeni mövsümdən Premyer Liqada yarışacaq “Araz Naxçıvan” heyətini daha bir futbolçu ilə gücləndirməyə çalışır. 

Apasport.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi “Sabah” yetirməsi olan, ötən mövsümü “Şamaxı”da keçirmiş Elçin Mustafayevlə anlaşıb. 

23 yaşlı müdafiəçi “Araz Naxçıvan”ın düşərgəsinə qoşulub.

Qeyd edək ki, Mustafayev son mövsümdə Premyer Liqada 30 oyun keçirib. 

writer photo
Əlirza Əlirzalı
0