"Şamaxı"dan ayrıldı, yeni ünvanı bəllidir
16.09.2024 - 15:42
"Şamaxı"dan ayrıldı, yeni ünvanı bəllidir

“Şamaxı” futbolçusu Elşad Tağıyevlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. 

Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

O, karyerasına "Qəbələ"də davam edəcək. 

“Qəbələ” akademiyasının yetirməsi olan 23 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Futbolçu daha öncə “Turan Tovuz” və “Səbail”in əsas komandalarında çıxış edib.

 

writer photo
Əlirza Əlirzalı
0