Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində II tura start verilib.
Apasport.az saytının məlumatına görə, mundialın 6-cı oyun günü B qrupunun matçı ilə başlayıb.
Uels millisi “Ahmed bin Ali” stadionunda İranla görüşüb. İlk turda qələbə qazanmayan yığmaların duelinin taleyini son dəqiqə qolları həll edib. 85-ci dəqiqədə meydanda azlıqda qalan britaniyalılar matça əlavə olunmuş dəqiqələrdə qapısında iki top görüb.
Bu da DÇ-2022-də Asiya təmsilçisinə həm ilk xalları, həm də qələbəni qazandırıb.
Qeyd edək ki, son turda Uels İngiltərə ilə, İran isə ABŞ-la qarşılaşacaq. Hər iki görüş noyabrın 29-da baş tutacaq.
DÇ-2022, qrup mərhələsi
25 noyabr, II tur
B qrupu
14:00. Uels - İran - 0:2
Qollar: Ruzbeh Çeşmi,90+9, Ramin Rezaeian, 90+11
1 |
İngiltərə |
1 |
1 |
0 |
0 |
6-2 |
3 |
2 |
İran |
2 |
1 |
0 |
1 |
4-6 |
3 |
3 |
ABŞ |
1 |
0 |
1 |
0 |
1-1 |
1 |
4 |
Uels |
2 |
0 |
1 |
1 |
1-3 |
1 |