Xavi "Barselona"dan ayrılır
28.01.2024 - 06:19
Xavi "Barselona"dan ayrılır

İspaniya La Liqa təmsilçilərindən "Barselona"nın baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Apasport.az-ın məlumatına görə, bu barədə gənc mütəxəssisin özü açıqlama verib.

Cari çempionatda 22 oyunun 8-ində xal itirən "Barselona" son olaraq "Vilyareal"a məğlub olub.

Matçdan sonra təşkil olunan mətbuat konfransında Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. 

Qeyd edək ki, cari çempionatda 44 xalla turnir cədvəlində 3-cü yerdə olan "Barça" lider "Real Madrid"dən 10 xal, 2-ci yerin sahibi "Jirona"dan 8 xal geri qalır. 

writer photo
Əlirza Əlirzalı
0