"Şamaxı"nın Antalyadakı oyunu yarımçıq qaldı - VİDEO
11.01.2023 - 20:37
"Şamaxı"nın Antalyadakı oyunu yarımçıq qaldı - VİDEO

"Şamaxı"nın bu gün Antalyadakı təlim-məşq toplanışı zamanı keçirdiyi yoxlama oyunu yarımçıq dayandırılıb.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi öncə Qazaxıstanın “Kaysar” klubu ilə üz-üzə gəlib. Matçda hesab açılmayıb.

"Şamaxı" ikinci oyunu Rumıniyanın “Botoşan” komandasına qarşı keçirib. 18:30-da start götürən oyun ikinci hissədə yarımçıq dayandırılıb. Buna səbəb güclü yağışın yağmasıdır.

Qeyd edək ki, 68 dəqiqə oynanılan matçda "Şamaxı" rəqibinə 0:1 məğlub olurdu.

writer photo
Əlirza Əlirzalı
0