Sançesdən "Beşiktaş"a cavab
10.01.2024 - 11:31
Sançesdən "Beşiktaş"a cavab

"Beşiktaş" PSJ-yə transfer olunan və karyerasını icarə əsasında "Roma"da davam etdirən Renato Sançeslə maraqlanır. 

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, ulduz futbolçu "Beşiktaş"ın təklifini rədd edib. Yarımmüdafiəçi onunla maraqlanan "Olimpiakos" və PAOK klublarına da mənfi cavab verib.

Qeyd edək ki, 26 yaşlı futbolçu AVRO-2016-da qələbə qazanan Portuqaliya Milli Komandasında Fernando Santuşla birgə çalışıb. 

writer photo
Əlirza Əlirzalı
0