La Liqa klubundan kapitanı ilə bağlı QƏRAR
12.10.2022 - 23:18
La Liqa klubundan kapitanı ilə bağlı QƏRAR

İspaniyanın “Valensiya” klubu Xose Luis Qayya ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, müdafiəçi ilə uzunmüddətli anlaşma imzalanacaq.

Tərəflər bütün detalları razılaşdırıb. “Yarasalar”ın kapitanı ilə müqaviləsi 5 illik olacaq.

Onun əvvəlki anlaşması mövsümün sonunda başa çatmalıdır. 27 yaşlı ispaniyalının qalmasını baş məşqçi Cennaro Qattuzo istəyir.

Qeyd edək Ki, Qayya cari mövsümün 4 oyununda bir assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0