“Qarabağ”ın hücumçusuna Türkiyədən təklif
14.06.2022 - 09:33
“Qarabağ”ın hücumçusuna Türkiyədən təklif

Ovusu Kvabeni “Qarabağ”ı yenidən tərk edə bilər.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu ölkənin daha bir klubu 25 yaşlı forvardın xidmətində maraqlıdır.

Ötən mövsüm icarə əsasında çıxış etdiyi “Ankaragücü”dən ayrılan və “Qarabağ”a qayıdan Qana millisinin üzvünü bu dəfə “Sakaryaspor” heyətinə cəlb etmək niyyətindədir. TFF I liqaya yenicə vəsiqə qazanan Sakarya təmsilçisi Ovusuya təklifini edib və oyunçunun cavabını gözləyir.

Türkiyə klubu eyni zamanda futbolçunun müqavilə ilə məxsus olduğu “Qarabağ”la da danışıq aparıb. Azərbaycan çempionu ilə oyunçunun icarəyə götürülməsi və birbaşa transfer edilməsi müzakirə olunub. Ağdamlıların da bu həftə qərarını açıqlaması gözlənilir.

Qeyd edək ki, hazırda “Qarabağ”ın düşərgəsində məşq edən Ovusu Kvabenanın sözləşmə müddəti 2023-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0