Azərbaycan milli komandasının sabiq futbolçusu Saşa Yunisoğlu Apasport.az saytına müsahibə verib.
- Azərbaycan milli komandasının Albaniyaya qarşı oyununu izlədin yəqin. Səncə, bu görüşdə millimizin məğlubiyyəti nə ilə əlaqədar idi?
- Mən düşünürəm ki, bu yoldaşlıq oyunları yersizdir. Çünki çempionat bitib və futbolçular çox yorğun görünürdü. Məncə futbolçular da daha çox istirahəti düşünürlər bu dönəmdə. Əsasən də, "Qarabağ"ın futbolçuları. Çünki 3 cəbhədə vuruşmaq çox çətindir. Belə oyunlara, bu vaxtda toparlanıb motivasiya yığıb oynamaq çox çətindir.
- Ümumilikdə oyunu pis keçirmədiyimizi deyənlər az deyil. Bəs, siz necə düşünürsüz? Sizcə, yaxşı oynadıq və əsas çatışmayan cəhət nə idi?
- Hazırda millimizin optimal həyətə malik olduğunu deyə bilərik. Təbii ki, 3-4 nəfər var ki onlari da çağırmaq olardı. Amma bu baş məşqçinin qərarıdır. Oyunla bağlı deyə bilərəm ki , bütün problemləri hesablasaq , millimiz pis oynamadı. Əsas problem isə millimizin aparıcı oyunçularının öz klublarda oynamamasıdır. Mahir Emreli və Emin Mahmudov zədədən yeni qayıdıblar, Ramil Şeydayev isə gah oynayır, gah da oynamır. Özü də yadından çıxardıb, Aleksey İsayev görünür ki, oyun praktikası çatışmır. İkinci problem dediyim kimi, yorğunluqdur.
- Maraqlıdır ki, Canni De Byazi getsə də, hələ də sanki o yenə də millidədir və Arif Əsədov eyni futbolu, sxemi buraxır. Bu haqda fikrin necədir?
- Arif Əsədov neçə il Canni De Byazi ilə birlikdə millidə çalışırdı. Millimiz üçün məhz bu sxemi optimal olduğunu çoxdan müəyyənləşdirib. Çunki futbolçular da, demək olar ki eynidir, artıq bu stilə öyrəşiblər. Köklü nəsə dəyişmək üçün müəyyən qədər vaxt lazımdır. Bu vaxt də Arif Əsədov də yoxdur. Ona görə də De Byazi ilə oxşar futbol alınır.
- Milli komandamızın növbəti Millətlər Liqasında uğurlu olması üçün nə lazımdır? Hansı oyun stili millimizə uyğun gəlir?
- Açığı, mən düşünürəm ki, stil və sistem önəmli deyil. Hər halda, sistem oyun ərzində hər fazada dəyişir. Bizim millimiz uğur qazanmaq üçün ən vacib məqam odur ki, hər millinin oyunçuları öz klublarda daim oynasın. Çünki ayda 1-2 oyun oynamaq özü də millidə, heç vaxt milliyə fayda verməyəcək və milli uğur qazanmayəcaq. Əgər oyunçular milli üçün hazır olsalar, onda hansısa oyun stili komandaya yeritmək olar. Hazırda nə görürüksə, bu optimal variantdır.
- Azərbaycan milli komandasının baş məşqçisi hələ də bəlli deyil. Səncə, AFFA gecikmir milliyə baş məşqçi təyin etmək üçün?
- AFFA-nın işlərinə qarışmıram, yəqin ki, seçimdə bir az çətinliklər var. Təbii ki, nə qədər tez baş məşqçi təyin olunsa, o qədər yaxşıdır.
Ki, həm futbol ictimaiyyəti, həm futbolçular bu haqda daha düşünməsinlər.
- Millimiz iyunun 11-də Qazaxıstanla qarşılaşacaq. Necə düşünürsən, ən azından bu matçda millidən məzmunlu oyun, uğurlu nəticə gözləyirsən? Mİlli Millətlər Liqası üçün ümid verir?
- Qazaxıstanla oyunda uşaqlar toparlanmalıdırlar. Yorğun olsalar belə, axırıncı gücü yığıb azarkeşləri və özlərini sevindirməyə çalışmalıdırlar. Həmişə ki, kimi vəziyyətdən asılı olmayaraq, millimizdən qələbə gözləyirəm. Millərlər Liqasında isə düşünürəm ki, tamamilə başqa atmosfer olacaq. Ən azından böyük turnirlər futbolçulara əlavə motivasiya verir. Məncə Millətlər Liqasında biz tamamilə başqa millimizi görə bilərik. Amma yenə da ən böyük problem , əsas oyunçuların öz klublarda oynamamasıdır.
- Son olaraq, sənin kimi Polşada legioner həyatı yaşamış Rahil Məmmədov haqda hansı fikirdəsən? Səncə, "LKS Lodz"da oynayandan bu yana artırıb? Polşadakı karyerasını izlədin? Özün də orara oynamısan...
- Açığı, Rahil pis təsir bağışlamadı.Birəbir mübarizələrdə uduzmurdu. Sadəcə onun mövqeyi sırf stoperdi və cinahda tək qalanda problemlərlə üzləşirdi. Rahil yaxşi oyunçudur, məncə milliyə layiqdir. Onun komandası aşağı liqaya düşübsə, istəyərdim ki o klubunu dəyişsin, Ekstraklassada qalsın.