"Səbail" Cabir Əmirli ilə yeni müqavilə bağlayıb
07.06.2024 - 14:54
"Səbail" Cabir Əmirli ilə yeni müqavilə bağlayıb

"Səbail" klubu futbolçusu Cabir Əmirli ilə yeni müqavilə imzalayıb.

Apasport.az Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək.

Cabir 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında 14 oyunda (989 dəqiqə) meydana çıxıb.

Qeyd edək ki, Bakı təmsilçisi bunadək Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev, Rüfət Abdullazadə, Süleyman Əhmədovla müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.

writer photo
Əlirza Əlirzalı
0