"Səbail" təlim-məşq toplanışı çərçivəsindəki görüşlərini yekunlaşdırıb
17.07.2024 - 21:48
"Səbail" təlim-məşq toplanışı çərçivəsindəki görüşlərini yekunlaşdırıb

"Səbail" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində son görüşünü keçirib.

Apasport.az xəbər verir ki, "dənizçilər" "Ərzurumspor"la qarşılaşıblar.

Türkiyə Superliqa təmsilçisi ilə oyun 2:2 hesabı ilə nəticələnib. “Dənizçilər”in heyətində Süleyman Alluş və Nihad Quliyev fərqlənib.

Bu hazırlıq müddətində komandalar arasında ikinci qarşılaşma olub. İlk görüşdə Ərzurum futbolçuları 3:2 hesabı ilə qalib gəlibər. Digər görüşdə Şahin Diniyevin yetirmələri "Hatayspor"la bərabərə qalıblar (1:1).

Qeyd edək ki, təlim-məşq toplanışını başa vuran "Səbail" sabah Bakıya yola düşəcək.

writer photo
Əlirza Əlirzalı
0