"Səbail"dən ayrılan futbolçu Kipr klubunda
14.07.2024 - 19:01
"Səbail"dən ayrılan futbolçu Kipr klubunda

"Səbail"dən ayrılan Silvayin Deslandesin yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, fransalı müdafiəçi Kiprdə çıxış edəcək. 27 yaşlı futbolçu "Omoniya 29 Maiou" klubuna keçib. Bu barədə 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Silvayn Deslandes ötən ilin sentyabrından bu ilin mayına qədər "Səbail"də çıxış edib. O, "dənizçilər"in heyətində 26 oyuna çıxıb.

writer photo
Əlirza Əlirzalı
0