“Bayer”dən rekord
21.12.2023 - 17:29
“Bayer”dən rekord

“Bayer” Almaniya futbolunda unikal nailiyyətə imza atıb.

Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi ölkənin peşəkar futbol tarixində mövsümə 25 matçda məğlubiyyətsiz başlayan ilk komanda olub.

Xabi Alonsonun yetirmələri bu müddətdə 22 qələbə və 3 heç-heçəyə imza atıb. “Aspirinlər” hazırda topladığı 42 xalla da Bundesliqanın turnir cədvəlinin zirvəsində yer alırlar. 

Qeyd edək ki, “Bayer” həm də 2023-cü ildə keçirdiyi 35 çempionat matçında 22 qələbə sayəsində klub rekordunu yeniləyib.
 

writer photo
Əlirza Əlirzalı
0