PSJ-dən 125 milyonluq cəlbedici təklif
13.11.2022 - 22:43
PSJ-dən 125 milyonluq cəlbedici təklif

PSJ heyətinə daha bir ulduz futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Fransa klubunun hədəfində Toni Kroosdur.

Parislilər “Real”ın 32 yaşlı yarımmüdafiəçisi üçün böyük məbləğ ödəməyə hazırdır. Kroos karyerasını “Real”da bitirəcəyini açıqlasa da, PSJ rəhbərliyi cəlbedici təkliflə onu fikrindən daşındırmaq niyyətindədir.

Toniyə 3 illik müqavilə təklif olunacaq. O, bu müddətdə 100 milyon avro qazanacaq. Razılıq verdiyi üçün almaniyalı 25 milyon bonus da əldə edəcək.

Qeyd edək ki, Toninin müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0